Azərbaycan prezidenti Türkiyənin nəqliyyat, dənizçilik və kommunikasiya nazirini qəbul etdi

15:27 - 5.12.2017


5 dekabr, Fineko/abc.az. Bu gün prezident İlham Əliyev Türkiyə Respublikasının nəqliyyat, dənizçilik və kommunikasiya naziri Əhməd Arslanı qəbul edib.

Prezident İlham Əliyev Türkiyə Respublikasının nəqliyyat, dənizçilik və kommunikasiya naziri Əhməd Arslanın XXIII Bakutel-2017 sərgisində iştirakının vacibliyini qeyd etdi.

Dövlət başçısı Türkiyə ilə kommunikasiya, informasiya texnologiyaları sahəsində, xüsusilə TASIM layihəsi çərçivəsində birgə fəaliyyətin əhəmiyyətini vurğuladı.