68 dövlət əmlakı hərraca çıxarılacaq

12:00 - 8.07.2019


8 iyul, Fineko/abc.az. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac 6 avqust tarixində keçiriləcək.

Budəfəki hərracda 68 dövlət əmlakı hərraca çıxarılacaq. Onlardan 36-sı kiçik dövlət müəssisəsi, 10-u qeyri-yaşayış sahəsi, 22-si isə səhmdar cəmiyyətidir.

Komitədən verilən məlumata görə, özəlləşməyə çıxarılanlar arasında “İsmayıllı Təmir Tikinti”, “Salyan Aqrotexservis”, “Cəlilabad Məişət” kimi səhmdar cəmiyyətləri vardır.

Bundan başqa hərraca çıxarılanlardan Şəmkir rayonu, Keçili kəndində yerləşən dövlət obyekti də vardır. Zavod filialı olan bu obyekt 27 min kv.m-lik torpaq sahəsi ilə birgə özəlləşməyə çıxarılıb.

Hərraca çıxarılan qeyri-yaşayış sahələri isə Sabirabad, Daşkəsən, Sumqayıt kimi şəhər və rayonlarda yerləşir.

 

Bütün xəbərlər