Azərbaycan neftinin qiyməti düşdü

16:11 - 5.12.2017


5 dekabr, Fineko/abc.az. Dünya bazarında satılan “Azeri LT CIF” markalı  Azərbaycan neftinin bir barelinin qiyməti 1,1 dollar və yaxud 1,67% düşüb.

Hazırda “Azeri LT CIF” markalı xam neftin  qiyməti  64,66 dollar/barelə təşkil edir.

“Azeri LT CIF” markalı  xam neftin minimal qiyməti 2001-ci ilin dekabr ayında, 19,15 dollar səviyyəsində, maksimal qiyməti isə 2008-ci ilin iyul ayında, 149,66 dollar səviyyəsində qeyd edilmişdir.