Azərbaycanda xarici ölkələrin səfirliklərinə və konsulluqlarına vizanın rəsmiləşdirilməsi üçün notanın verilməsinə görə dövlət rüsumu ləğv edildi

16:58 - 9.07.2019


9 iyul, Fineko/abc.az. Azərbaycanda xarici ölkələrin səfirliklərinə və konsulluqlarına vizanın rəsmiləşdirilməsi üçün notanın verilməsinə görə dövlət rüsumunun ləğv edilməsi təklif olunur.

Bu, iyulun 9-da Azərbaycan parlamenti tərəfindən qəbul edilmiş «Dövlət rüsumları haqqında» qanuna edilən dəyişikliklərdə nəzərdə tutulur.

Hal-hazırda bu rüsum 4 manat təşkil edir.

 

Bütün xəbərlər