Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi açıq tender elan edir

11:56 - 10.07.2019


10 iyul, Fineko/abc.az. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi bir sıra şəhərlərin baş planlarının tərtibi üçün açıq tender üsulu ilə podratçı seçir.

Tender üç lot üzrə keçirilir: Goranboy, Gədəbəy və Astara şəhərlərinin baş planlarının hazırlanması.

Üç lotun hər birində iştirakın dəyəri 200 manat təşkil edir.

Tender təklifləri avqustun 6-dək qəbul olunur. Təkliflərin açılması avqustun 7-də baş tutacaq.

Tenderin şərtlərinə əsasən üç şəhərin Baş planının layihələri 24 ay ərzində hazırlanmalıdır. Onlar araşdırıldıqdan sonra Dövlət Komitəsi layihələri Nazirlər Kabinetinə təqdim edəcək.

 

Bütün xəbərlər