Bakının “qara” valyuta bazarında rublun qiyməti düşdü

11:32 - 6.12.2017


6 dekabr, Fineko/abc.az. Bu gün Bakının “qara” valyuta bazarında rublun qiyməti düşdü, dolların məzənnəsi isə  dəyişməz olaraq qaldı.

Dolların alışı 1.6950 manat, satışı isə 1.7000 manat təşkil edib.

Avropa valyutasının alışı “qara bazar”da nisbətən ucuzlaşıb.  Avronun alışı 2.01 manatdan 2.00 manata düşüb, satışı isə 2.02 manat təşkil edir.

Rublun satışı “qara bazar”da aşağı düşüb. Beləliklə, rublun alış qiyməti 0,0283 AZN səviyyəsində qalıb, satış qiyməti isə 0,0286 AZN-dən  0,0284 AZN-ə qədər, yəni 0,7% aşağı düşüb.

Azərbaycan Mərkəzi Bankının dekabrın 6-na bildirdiyi məzənnələr aşağıdakı kimidir: avro: 2,0126 AZN, dollar: 1,7000 AZN, rubl: 0,0289 AZN, lirə: 0,4425 AZN.