Azəriqaz tender elan edir

17:30 - 17.07.2019


17 iyul, Fineko/abc.az.  Dövlət Neft Şirkəti (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi Kürdəmir rayonu, “Qlobal aqro” MMC-yə məxsus qeyri-yaşayış sahəsinin qazlaşdırılması işlərinin satın alınması məqsədilə açıq tender elan edir.

Elanda qeyd olunur ki, iddiaçılar sənədləri  20.08.2019, saat 11.00-a qədər, tender təklifi ilə bank təminatı sənədlərini isə 29.08.2019, saat 11.00-a qədər təqdim etməlidirlər.

Əlaqələndirici şəxslər – Şəhriyar Babayev “Azəriqaz” İB-nin əsaslı tikinti şöbəsinin rəisi, Telefon: (+994 12) 521-00-00 (daxili 29 047),

Teymur Cəfərov “Azəriqaz” İB-nin yeni qazlaşma və inkişaf şöbəsinin rəisi, telefon: (+994 12) 521-00-00 (daxili 29 042).

Ünvan : Bakı , Xətai rayonu, Yusif Səfərov küçəsi 23

 

Bütün xəbərlər