İctimai TV tender keçirir

14:45 - 18.07.2019


18 iyul, Fineko/abc.az. İctimai Televiziya və Radio Yayımları Şirkəti açıq tender elan edir.

Tender 5 lot üzrə keçirilir:

Lot-1. Kino çəkilişi avadanlıqlarının

Lot-2. Studiya avadanlığının

Lot-3. Vurucu və sorucu havalandırma sisteminin quraşdırılması işlərinin

Lot-4. Yeraltı avtomobil dayanacağında təmir-tikinti işlərinin

Lot-5. Müxtəlif dekorasiyaların satın alınması.

Elanda qeyd olunur ki, iddiaçılar tenderdə iştirak üçün sənədləri 5 avqust 2019-cu il saat 17.00-a qədər, tender təklifi və bank zəmanətini isə möhürlənmiş ikiqat zərflərdə 15 avqust 2019-cu il saat 17.00-dək təqdim etməlidirlər.

Əlaqələndirici şəxs- Ramil Əliyev, telefon- (99412) 430 13 16.

Ünvan: Bakı , Yasamal rayonu, Şərifzadə küçəsi 241.

Bütün xəbərlər