17:25 - 6.12.2017
6 dekabr, Fineko/abc.az. Yeni ildən xaricdən gətirilən avtomobillərə görə gömrük rüsumunun artırılması Azərbaycana gətirilən Rusiya avtomobillərinin də qiymətlərinə təsir edəcək.
ABC.AZ-ın əldə etdiyi məlumata görə “AvtoVaz”ın Azərbaycanda rəsmi təmsilçisi “Xəzər Lada” da qiymətləri artırmağı planlaşdırır. Belə ki, indiyə qədər Rusiya avtomobillərində 1 kubsantimetr həcmə görə aksiz vergisi 20 qəpik nəzərdə tutulmuşdur. Hal-hazırda isə bu məbləğ 70 qəpiyə yüksəlib. Rusiya avtomobillərində mühərrikin həcmi əsasən 1,6-1,7 litr olduğunu nəzərə alsaq, fərq minimum 800 manat təşkil edir. Digər xərclər də nəzərə alınsa bahalaşma minimum 1000 manat təşkil edəcək. Məsələn, hazırda 14 min manata satılan yeni “Niva” 15 min manata kimi bahalaşacaq.
10 Oktyabr 2024
10 Oktyabr 2024
10 Oktyabr 2024
9 Oktyabr 2024
8 Oktyabr 2024
8 Oktyabr 2024
8 Oktyabr 2024
8 Oktyabr 2024
9 Oktyabr 2024