12:52 - 22.07.2019
22 iyul, Fineko/abc.az. Bakı Fond Birjasında (BFB) fyuçerslərin ticarətə buraxılması layihəsinə başlanılıb.
Bu barədə BFB məlumat verir.
Layihəyə, həmçinin Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən dəstək göstərilir.
Fyuçers törəmə maliyyə alətlərinin standartlaşdırılmış formada fond birjası vasitəsilə ticarətə buraxılmasının əsas üstünlüyü xarici valyuta üzərindən əməliyyat aparan bazar iştirakçıları üçün valyuta risklərinin idarə olunması və minimallaşdırılması üçün hedcinq imkanları yaratmasıdır.
Maliyyə bazarlarında valyuta risklərinin azaldılmasının əsas prioritetlərindən biri olduğunu nəzərə alaraq, fyuçers tipli alətlərin investorlar, xüsusilə banklar, tərəfindən yüksək tələbatla qarşılanması gözlənilir. Hedcinq imkanları ilə yanaşı, fyuçers törəmə maliyyə alətlərinin ticarəti investorlar üçün əlavə gəlir mənbəyi formalaşdırmağa şərait yaradır.
Qeyd edilir ki, müxtəlif növ investorlar tərəfindən fyuçers tipli yeni alətlərə marağın göstərilməsi, həmçinin fond birjasında ticarət üzrə likvidliliyin artmasına və bazar qiymətlərinin daha effektiv müəyyən olunmasına səbəb olacaq.
15 Oktyabr 2024
15 Oktyabr 2024
15 Oktyabr 2024
15 Oktyabr 2024
15 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024