KOBİA “B2B” xidmətlər göstərməkdə maraqlı olan sahibkarlara müraciət edib

16:10 - 22.07.2019


22 iyul, Fineko/abc.az. Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) “KOB evi”ndə “B2B” (biznes-biznes) xidmətlər göstərməkdə maraqlı olan sahibkarlara müraciət edib.

KOBİA-dan bildirilib ki, biznes subyektləri üçün bütün “G2B” (dövlət-biznes) və zəruri “B2B” xidmətlərinin vahid məkanda əldə edilməsi məqsədilə agentlik tərəfindən Bakıda kiçik və orta biznes evi (“KOB evi”) yaradılmaqdadır.

Qeyd edilir ki, “KOB evi”ndə biznesi planla, biznesə başla, biznesi işlət, biznesi inkişaf etdir kimi biznes prosesləri üzrə 30-dan çox dövlət qurumunun 100-dən artıq “G2B” və özəl qurumların “B2B” xidmətləri əlaqəli şəkildə təşkil olunacaq. “KOB evi”ndə bank, sığorta, logistika, notariat, dizayn, çap, informasiya texnologiyaları, məsləhət xidmətləri və sahibkarların biznes fəaliyyəti çərçivəsində ehtiyac duyduğu digər xidmətlər təklif olunacaq, xidməti ofislər, görüş otaqları və konfrans zalları yaradılacaq.

Sahibkarlar KOBİA-ya müraciət edə bilərlər.

 

Bütün xəbərlər