Türkiyənin “ABC Deterjan San ve Tic A.Ş.” şirkəti Azərbaycana investisiya yatırmaqda maraqlıdı

11:28 - 24.07.2019


24 iyul, Fineko/abc.az.  İqtisadiyyat naziri Şahin Mustafayev Türkiyənin “ABC Deterjan San ve Tic A.Ş.” şirkətinin nümayəndələri ilə görüşüb.

Görüşdə Şahin Mustafayev Azərbaycan iqtisadiyyatı, əlverişli biznes və investisiya mühiti, yaradılan sənaye parkları barədə məlumat verərək, Türkiyə şirkətlərini ölkəmizdəki işgüzar şəraitdən yararlanmaqla əməkdaşlığı genişləndirməyə dəvət edib.

Eyni zamanda “ABC Deterjan San ve Tic A.Ş.” şirkətinin İdarə Heyətinin rəhbəri Mustafa Başer təmsil etdiyi şirkətin həyata keçirdiyi layihələr barədə məlumat verib, şirkətin Azərbaycana investisiya yatırmaqda maraqlı olduğunu diqqətə çatdırıb.