Dünya Bankının “Azərbaycanda Məşğulluğa Dəstək” layihəsi qiymətləndirilib

16:06 - 24.07.2019


24 iyul, Fineko/abc.az. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Dünya Bankının “Azərbaycanda Məşğulluğa Dəstək” layihəsi üzrə ilkin qiymətləndirmə missiyası ilə görüş keçirilib.

Görüşdə nazir Sahil Babayev və Dünya Bankının “Azərbaycanda Məşğulluğa Dəstək” layihəsi üzrə ilkin qiymətləndirmə missiyasının rəhbəri, aparıcı iqtisadçı Sandor Karaçoni iştirak ediblər.

Nazirlikdən verilən məlumata görə, Dünya Bankının “Azərbaycanda Məşğulluğa Dəstək” layihəsi ölkəmizdə özünüməşğulluq proqramının genişləndirilməsinə, işsizlərin özünüməşğulluğa cəlb edilərək onların formal əmək bazarına və məhsuldar məşğulluğa çıxış imkanlarının yaradılmasına dəstək verəcək.

Layihə əmək bazarının təhlili əsasında iqtisadiyyatın sahələri üzrə özünüməşğulluq istiqamətinin seçilməsi, işsizlərin özünüməşğulluq proqramında iştirak imkanlarının müəyyənləşdirilməsi, iştirak imkanları olanlar üçün isə təlim proqramlarının hazırlanması və təlimlərin təşkili, uğurlu biznes ideyalarına malik olanların aktivlərlə təminatı, proqram iştirakçılarının fəaliyyətinin dövri monitorinqi və s. istiqamətlərdə öz dəstəyini göstərəcək.

Bütün xəbərlər