Artıq bir sıra gömrük ödənişlərini “ASAN ödəniş” sistemi vasitəsilə ödəmək mümkündür

17:13 - 24.07.2019


24 iyul, Fineko/abc.az. Dövlət Gömrük Komitəsinin sərhədkeçmə xidmətləri üzrə bəzi gömrük ödənişləri “ASAN ödəniş” sisteminə uğurla inteqrasiya olunub.

Qeyd olunur ki, bundan sonra xaricdən gələn yük avtomobilləri ölkəni tərk edərkən artıq yanacağa və yük avtomobillərinə qoşulmuş GPS-ə görə gömrük ödənişlərini, avtomobillərin sərhəddə müvəqqəti saxlanc ödənişlərini, müvəqqəti saxlanc ödənişlərinin ƏDV-sini “ASAN ödəniş” sistemi vasitəsilə həyata keçirmək mümkündür.

Həmçinin xarici dövlətlərin avtonəqliyyat vasitələrinin sahibləri tərəfindən ödənilən yol vergisini, habelə icazə blankına görə ödənişlər müqabilində nəzərdə tutulmuş dövlət rüsumlarını müvafiq sistemlə ödəniləcək.

 

Bütün xəbərlər