AZPROMO sahibkarlara müraciət edir

12:18 - 25.07.2019


25 iyul, Fineko/abc.az. 2019-cu il sentyabrın 7-dən 15-dək Yunanıstanın Saloniki şəhərində 84-cü Saloniki Beynəlxalq Yarmarkası və 2020-ci il martın 7-dən 9-dək Afinada “FoodExpo Greece” beynəlxalq qida və içki sərgisi keçiriləcək.

Bu barədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) məlumat verib.

AZPROMO azərbaycanda fəaliyyət göstərən şirkətlər və iş adamlarını yarmarka və sərgidə iştirak etməyə dəvət edir.

Bütün xəbərlər