10:44 - 29.07.2019
29 iyul, Fineko/abc.az. Qara Dəniz Ticarət və İnkişaf Bankı (QDTİB) və PAŞA Bankın tərəfdaşlığı nəticəsində Azərbaycanda beynəlxalq maliyyə institutunun ilk istiqrazlar buraxılışı həyata keçiriləcək.
Sözügedən emissiya beynəlxalq maliyyə institutu tərəfindən Azərbaycanda həyata keçiriləcək ilk istiqraz buraxılışı kimi tarixə düşəcək. Bu emissiyanın həyata keçirilməsində əsas məsləhətçilik xidmətlərini PAŞA Bank göstərir.
İnvestorlar tərəfindən QDTİB-nin sözügedən kağızlarına göstərilən ilkin maraq emissiya həcmini bir neçə dəfə üstələmişdir.
İstiqraz buraxılışı bu ilin avqust ayının 1-də baş tutacaq və açıq auksion metodu ilə həyata keçiriləcək. Emissiyanın şərtləri aşağıdakı kimidir:
Ümumi həcm 10,000,000 AZN
Kupon faizi (illik) 9.25%
Kupon ödənişi Rüblük
Bir istiqrazın nominal dəyəri 1,000 AZN
8 Oktyabr 2024
8 Oktyabr 2024
8 Oktyabr 2024
8 Oktyabr 2024
8 Oktyabr 2024
8 Oktyabr 2024
8 Oktyabr 2024
8 Oktyabr 2024
7 Oktyabr 2024
7 Oktyabr 2024
7 Oktyabr 2024
7 Oktyabr 2024