Yarım ildə Azexport.az portalına 303,1 milyon dollarlıq ixrac sifarişləri daxil olub

14:40 - 30.07.2019


30 iyul, Fineko/abc.az. 2019-cu ilin yanvar-iyun ayları ərzində, Azexport.az portalına 303,1  milyon dollar dəyərində ixrac sifarişləri daxil olub. Bu isə 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə cari ildə ixrac sifarişləri 6,6 % artıb.

Bu barədə məlumat İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2019-ci ilin iyul sayında qeyd olunub.

Qeyd olunur ki, cari ilin iyun ayında portala daxil olan ixrac sifarişlərinin dəyəri isə 41,3  milyon dollar təşkil edib və ötən ilin iyun ayı ilə müqayisədə 20,8 %-lik artım müşahidə edilib.

2019-cu  ilin birinci yarısında portala daxil olan ixrac sifarişlərinin ilk beşliyində isə Rusiya (11,9%), Türkiyə (6,6%), Hindistan (5,7%), ABŞ (5,5%)  və  İngiltərə (5,3%)   qərarlaşıb.

Bu ilin iyun ayında ən çox ixrac sifarişi pambıq, tütün, toyuq əti və yumurtası, qənnadı məhsulu, soğan, çay, şərab, mühərrik yağı, nar şirəsi, kompot, mebel dəsti, tikinti materialı, naftalan yağı, bal, uşaq iç geyimi, gül və s. mallara daxil olub.

Məlumat üçün qeyd edək ki, 2017-ci ilin yanvar ayından 2019-cu ilin 30 iyun tarixinə kimi (30 ay ərzində) Azexport.az portalına dünyanın 133 ölkəsindən  daxil olan ixrac sifarişlərinin dəyəri 1 292,2 milyon dollar təşkil edib.

Bütün xəbərlər