Yaşıl Kart sistemi çərçivəsində 18 837 sığorta şəhadətnaməsi satılıb – Hesabat

10:20 - 31.07.2019


31 iyul, Fineko/abc.az. İcbari Sığorta Bürosu (Büro) 2019-cu ilin ilk altı ayı ərzində Yaşıl Kart sistemi çərçivəsində bağlanılmış sığorta müqavilələri və hadisələri barədə məlumat yayıb.

Məlumatda qeyd olunur ki, 2019-ci ilin yanvar-iyun ayları ərzində Yaşıl Kart sistemi çərçivəsində fəaliyyət göstərmək hüququ olan sığortaçılar tərəfindən 18 837 sığorta şəhadətnaməsinin satışı həyata keçirilib. Bu isə ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 16% artım deməkdir.

Hesabat dövründə Yaşıl Kart beynəlxalq sığorta müqavilələri üzrə sığorta şirkətləri tərəfindən toplanmış sığorta haqları 1 359 162 manat təşkil edib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 15% çoxdur.

Bununla yanaşı sığorta hadisələrinin sayı da ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,8% artaraq 219-a yüksəlib.

 

Bütün xəbərlər