AMB 100 milyon manat həcmində qısamüddətli notlar yerləşdirib

17:42 - 31.07.2019


31 iyul, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) qısamüddətli notların yerləşdirilməsi üzrə hərrac keçirib.

BFB-in məlumatında deyilir ki, 31 iyul  tarixində AMB 50101476S dövlət nömrəli, 100 milyon manat həcmində, 28 gün müddətinə qısamüddətli notlar təklif etmişdir.

Hərrac zamanı 16 investor tərəfindən qiyməti 99.5158 AZN (6.26%) olan 23 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 652,992,000.00 AZN olmuşdur.

AMB-nin qərarına əsasən notların kəsmə qiyməti 99.5158 AZN (6.26%), orta ölçülmüş qiyməti 99.5158 AZN (6.26%) müəyyən edilmişdir. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi              

100 milyon AZN təşkil etmişdir.  

Notların ödəmə tarixi: 28 avqust 2019-cu il.