Yarım ildə Bakıda ticarət dövriyyəsinin həcmi 3 faiz artıb

17:24 - 2.08.2019


2 avqust, Fineko/abc.az. Yanvar-iyun aylarında Bakıda ticarət dövriyyəsinin həcmi ötən ilin eyni ayları ilə müqayisədə 3% artaraq 9 milyard 987 milyon manat olub.

Bu barədə Bakı Şəhər Statistika İdarəsi məlumat yayıb.

 Məlumatda deyilir ki, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,1 % artaraq 4 milyard 617,5 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 3% çoxalaraq 5 milyard 369,5 milyon manata bərabər olub. İstehlak məhsullarının 27,1 %-i hüquqi şəxs statuslu müəssisələrdə, 47,4 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 25,5 %-i isə paytaxtın məhsul bazarlarında satılıb.

 

Bütün xəbərlər