15:12 - 6.08.2019
6 avqust, Fineko/abc.az. Türkiyədə ipoteka kreditinin faiz dərəcələri aşağı salınan kimi əhali tərəfindən banklara müraciətlər kəskin artıb.
Belə ki, faiz endirimindən sonrakı ilk iki gün ərzində üç banka 13 mindən çox müştəri müraciət edərək 2,1 milyard lirəlik ipoteka krediti götürmək istəyiblər.
Sözügedən məbləğ Türkiyədə bu günə qədər iki gün ərzində edilən ən yüksək ipoteka krediti müraciətidir. Qeyd edək ki, Türkiyədə "Ziraat Bankası", "Halkbank" və "Vakıfbank" aylıq 0,99%-dən başlayan faizlərlə 180 aya qədər ipoteka krediti təklif edirlər. Adıçəkilən banklar ötən həftədən ipoteka krediti faizlərini 1%-dən aşağı salıblar.
16 May 2025
16 May 2025
14 May 2025
14 May 2025