Elektron qaimə-fakturalar ilə rəsmiləşmə 7 % artıb

14:58 - 7.08.2019


7 avqust, Fineko/abc.az. Cari ilin 6 ayında qeyri-neft sektorunun ümumi dövriyyəsində elektron qaimə-fakturalar ilə rəsmiləşmə 7% artaraq 61,3 %-ə çatıb.

Bu barədə Vergilər Nazirliyinin məlumatında deyilir.

Qeyd edilir ki, ticarət sektorunda 22 %, o cümlədən pərakəndə ticarətdə 35 %, ictimai iaşədə isə dövriyyə 26 % artıb. Topdansatış ticarət və istehsalda elektron qaimə-fakturalar ilə rəsmiləşən dövriyyənin ümumi dövriyyədə xüsusi çəkisi 65 %-dən 78 %-ə yüksəlib. Təkcə topdansatış ticarətdə elektron qaimə-fakturalar ilə rəsmiləşən dövriyyənin ümumi dövriyyədə xüsusi çəkisi 65 %-dən 82 %-ə qalxıb.

Cari ilin 6 ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə elektron qaimə-fakturalar ilə rəsmiləşən dövriyyələrin artım tempi qeyri-neft sektorunda 20,6 %, o cümlədən ticarətdə 43,4% pərakəndə ticarətdə 50,2%, topdansatış ticarətdə raibtədə 41,8 %, rabitədə 23,7 %, qeyri-neft istehsal sahəsində 30 %, kənd təsərrüfatında 91,4 %, xidmət sektorunda 20,8 % təşkil edib.

 

Bütün xəbərlər