Elmi-texniki tərəqqi mövcud peşələrin əksəriyyətini dəyərsizləşdirir

14:12 - 8.12.2017


8 dekabr, Fineko/abc.az. Cümə günü Bakıda " Azərbaycanda işçi qüvvəsinin inkişaf etdirilməsi məqsədi ilə peşə standartlarından istifadə olunması " mövzusunda konfrans keçirildi.

Nazir Səlim Müslümov bildirdi ki, Azərbaycanda əmək qabiliyyəti olan əhalinin yalnız 32 faizi kvalifikasiyalı ixsisasa malikdir.

“İşsizlər  müasir əmək bazarı tələblərinə cavab vermirlər, bu isə, işə düzəltmədə çətinliklər yaradır. Digər tərəfdən, elmi-texniki tərəqqi  bir çox mövcud peşələrin dəyərsizləşdirilməsinə gətirib çıxarır. Peşə standartı əməkdaşların işə götürülməsi və karyera  planlaşdırılması, əməkdaşların potensialının möhkəmləndirilməsi, işdən  məmnunluğu və işə düzəlmə imkanı üçün əsas alət kimi çıxış edir”, - deyə nazir bildirdi.

 

 

 

Bütün xəbərlər