KOBİA sahibkar və menecerlər üçün müsabiqə elan edir

17:41 - 9.08.2019


9 avqust, Fineko/abc.az. Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) “Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan birgə Proqramı” çərçivəsində 2020-ci ildə Almaniyada “İqtisadi kooperasiya” üzrə 1 aylıq ixtisasartırma kursunda iştirak etmək istəyən sahibkar və menecerlər üçün müsabiqə elan edir.

Elanda qeyd olunur ki, iştirak etmək istəyən şəxslər müvafiq sənədləri 20 sentyabr 2019-cu il tarixinədək KOBİA-ya təqdim etməlidir. Tələblərə cavab verən namizədlər oktyabr ayında Almaniyanın Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) mütəxəssislərinin iştirakı ilə keçiriləcək seçim mərhələsində iştirak edəcək.

Qeyd olunur ki, ingilis dilində keçiriləcək kurs çərçivəsində sahibkar və menecerlər üçün treninqlər, Almaniyanın aparıcı müəssisələrinə təlim səfərləri, alman şirkətlərində işgüzar görüşlər təşkil ediləcəkdir. Kurs zamanı Almaniyada qalmaq və tədris xərcləri Proqramın təşkilatçıları tərəfindən qarşılanacaq.

Müsabiqədə iştirak və lazımi sənədlər barədə ətraflı məlumatı KOBİA-nın internet səhifəsindən əldə etmək olar: http://smb.gov.az/news/almaniyada-ixtisasartirma-kursu-kecmk-istyn-sahibkarlarin-nzrin

 

Bütün xəbərlər