2018-ci ildə qeyd ediləcək Novruz, Ramazan və Qurban bayramları ilə bağlı qeyri-iş günləri açıqlandı

16:15 - 8.12.2017


8 dekabr, Fineko/abc.az. Azərbaycanda 2018-ci ildə qeyd ediləcək Novruz, Ramazan və Qurban bayramları ilə bağlı qeyri-iş günləri açıqlanıb.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin məlumatına əsasən, 2018-ci ildə keçiriləcək  Novruz, Ramazan və Qurban bayramları ilə bağlı Qərar qəbul edilib.

Qərara əsasən,  Novruz bayramı ilə bağlı qeyri-iş günləri 2018-ci ilin mart ayının 20-dən 24-nə qədər (24-ü daxil olmaqla) davam edəcək, 15, 16 iyun tarixlərində Ramazan bayramı, 22, 23 avqust tarixlərində isə Qurban bayramı qeyd olunacaq.

Azərbaycan Respublikasının qanunvericiliyinə  əsasən, həmin günlər qeyri-iş günləri hesab edilir.

 

Bütün xəbərlər