İpoteka və Kredit Zəmanət Fondunun istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşıb

16:40 - 19.08.2019


19 avqust, Fineko/abc.az. Bakı Fond Birjasında İpoteka və Kredit Zamanət  Fondu ASC – nin AZ2038008689 ISIN-li, 20 mln manat həcmində, 23 il tədavül müddətli ipoteka  istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşıb.

Bu barədə BFB məlumat yayıb.

Qeyd olunur ki,  sifarişlərin nominal qiymətlə ümumi məbləği 20 000 000,00 manat olmuşdur.

İstiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi 20 000 000,00  manat təşkil edib.

İstiqrazların ödəmə tarixi 23 mart 2042-ci ildir.

 

Bütün xəbərlər