Yeddi ayda tikinti materiallarının istehsalı artıb

15:23 - 21.08.2019


21 avqust, Fineko/abc.az. 2019-cu ilin yanvar-iyul aylarında tikinti materiallarının istehsalı sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən istehsal edilmiş məhsulun ümumi dəyəri 7,8 % artaraq 460,5 milyon manat təşkil edib.

Bu barədə Dövlət Statistika Komitəsi məlumat verir.

Qeyd olunur ki, tikinti kərpicinin istehsalı 58,3 %, tikinti əhənginin istehsalı 54,7 %, hörmə üçün hazır beton qarışığının istehsalı 14,4 %, sementin istehsalı 0,5 % artıb, betondan yığma tikinti konstruksiyalarının istehsalı 51,9 %, tikinti gipsinin istehsalı 82,2 % azalıb.

 

Bütün xəbərlər