AZPROMO sahibkarları tenderdə iştiraka dəvət edir

10:30 - 26.08.2019


26 avqust, Fineko/abc.az. Latviyanın “Eiropas Dzezcela Linjas” dövlət şirkəti Salaspils şəhərində inşası nəzərdə tutulan yük terminalının layihələndirilməsi və ətraf mühitə təsir imkanlarının qiymətləndirilməsinə dair tender elan edir.

Bu barədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) məlumat verir.

AZPROMO azərbaycanda fəaliyyət göstərən sahibkarlar və iş adamları tenderdə iştiraka dəvət edir.

Tender haqqında daha ətraflı məlumat əldə etmək üçün “http://edzl.lv/lv/par-edzl/kas-ir-edzl” linkindən istifadə etmək mümkündür.

 

Bütün xəbərlər