“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” tender keçirir

12:06 - 26.08.2019


26 avqust, Fineko/abc.az. “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC xidməti avtomobilin (qara rəngli, sedan tipli, avtomat sürət qutusuna malik, 0 km yürüşlü, 180-185 at gücü olan) satın alınması məqsədilə açıq tender elan edir.

Elanda qeyd olunur ki, sənədlər 13 sentyabr 2019-cu il saat 18.00-a qədər , tender təklifi və tender təklifinin təminatı isə möhürlənmiş ikiqat zərfdə, 2 (iki) nüsxədə (əsli və surəti) 20 sentyabr 2019-cu il saat 18.00-a qədər göstərilən ünvana təqdim edilməlidir.

Ünvan- Bakı , Nəsimi rayonu, Ü.Hacıbəyov küçəsi 72.

Əlaqələndirici şəxs-Gözəlov Nəsir , telefon (+994 12) 599 00 03 (daxili - 1402).

Bütün xəbərlər