Kamaz sürücüsü “AZSIĞORTA” ASC-ni məhkəməyə verdi

11:19 - 27.08.2019


27 avqust, Fineko/abc.az. Kamaz sürücüsü “AZSIĞORTA” ASC-ni məhkəməyə verdi

Belə ki, 19.03.2019-cu il tarixində İmişli-Saatlı yolundan Məmmədov İlqar İmamverdi oğlunun mülkiyyətində olan “Kamaz” markalı, 11-BC-626 dövlət .qeydiyyat nömrəli avtonəqliyyat vasitəsi “Azsığorta” ASC-də mülki məsuliyyəti sığortalanmış 99BG144 Mercedes markalı avtomobilin sürücüsü tərəfindən törədilmiş yol-nəqliyyat hadisəsi zamanı 9 426 manat məbləğində zədələnib.

Bu barədə məlumatı ABC.AZ  saytına sığorta eksperti, hüquqşünas İlkin İbrahimov verib. Onun sözlərinə görə, hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən müvafiq yoxlama aparılıb, toplanan materialların surəti, o cümlədən “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsində göstərilən digər sənədlər “Azsığorta” ASC-yə təqdim olunub: “Lakin bunlara baxmayaraq, “Azsığorta” ASC zərərçəkmişlə ədalətli rəftar etməyərək, sığorta hadisəsi ilə bağlı zərərini vaxtında və ədalətli qiymətləndirməyib. Həmçinin sığorta tələbi üzrə sığorta ödənişinin mümkün olan ən tez müddət ərzində ödəməyib. O cümlədən vətəndaş, “Azsığorta” ASC tərəfindən lüzumsuz olaraq dəfələrlə bölgədən Bakı şəhərinə çağırılıb  və üzləşdiyi haqsızlıqlarla bağlı rəhbər şəxslərlə görüşə bilməyib. Bununla bağlı vətəndaş “Azsığorta” ASC-ni Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə verib”.

 

Bütün xəbərlər