Sığorta müqavilələrinin elektronlaşdırılması nəticəsində 100 faizlik penetrasiya əldə edilib

14:54 - 29.08.2019


29 avqust, Fineko/abc.az. Qeyri-həyat sığorta növləri üzrə əsas drayver olan icbari avtomobil sığortası ilə bağlı Palata və İcbari Sığorta Bürosunun (İSB) əməkdaşlığı nəticəsində tam avtomatlaşdırma təmin edilib.

Bu barədə məlumat Palatanın sığorta bazarındakı son vəziyyət barədə açıqladığı hesabatda qeyd olunub.

Hesabatda bildirilir ki, sığorta müqavilələrinin elektronlaşdırılması nəticəsində təxminən 100 faizlik penetrasiya əldə edilib. Hadisələrin idarə edilməsi sistemi formalaşdırılıb ki, bu da “Forma 4” sənədinin elektron qaydada əldə edilməsinə imkan yaradır.

Məhz görülmüş bu tədbirlər nəticəsində avtonəqliyyat vasitələrinin sığortası üzrə 29% (4.4 mln. manat), avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə isə 6%-lik (3.1 mln. manat) artım müşahidə olunub.

Bundan əlavə, daşınmaz əmlakın icbari sığortası üzrə 24% (4.1 mln. manat) artım olub. Bu artımın əsas səbəbi son dövrlər daşınmaz əmlakın icbari sığortası üzrə həyata keçirilmiş tədbirlərlə bağlıdır.

 

Bütün xəbərlər