Azərbaycanda aqrar sığorta kənd təsərrüfatının inkişafına bağlı məsələdir - Ekspertdən özəl açıqlama

14:09 - 30.08.2019


30 avqust, Fineko/abc.az.  Kənd təsərrüfatı sahəsində sığorta iqtisadiyyatın digər sahələrindən daha çox vacibdir. Bu mənada, “Aqrar sığorta haqqında” Azərbaycan Respublikasının 2019-cu il 27 iyun tarixli 1617-VQ nömrəli Qanununun tətbiqi və Aqrar Sığorta Fondunun yaradılması barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı böyük əhəmiyyət kəsb edir.

Bunu ABC.AZ saytına iqtisadçı-ekspert Pərviz Heydərov açıqlamasında deyib.

Onun sözlərinə görə, qanun, girişində də yazıldığı kimi ölkədə aqrar sahədə risklərin müştərək sığorta mexanizmi vasitəsilə sığortalanması ilə bağlı münasibətləri tənzimləyir və aqrar sığortanın hüquqi, iqtisadi və təşkilati əsaslarını müəyyən edəcək: “Azərbaycanda aqrar sığorta ümumilikdə kənd təsərrüfatının inkişafına bağlı məsələdir. Belə ki, sığortanın müvəffəqiyyətlə tətbiqi bütövlükdə aqrar sektorun inkişaf səviyyəsindən asılıdır. Çünki sığortanın əsas prinsiplərindən biri budur ki, sığortaolunan tərəfindən müvafiq ödəniş həyata keçirilsin. Son illər ərzində aqrar sahəyə xüsusi diqqət yetirilməyə başlanıb. Hökumət başa düşür ki, həm ölkənin valyuta bazarında sabitliyi qorumaq üçün, həm ərzaq təhlükəsizliyini təmin etmək üçün, həm də idxaldan asılılığı azaltmaq üçün kənd təsərrüfatı istehsalını artırmaq lazımdır. Bunun da əsas yolu aqrar sahədə kiçik və orta sahibkarlığın inkişafından keçir”.

 

Bütün xəbərlər