Sentyabr ayında Bakıda Alman-Azərbaycan Biznes Forumu keçiriləcək

15:10 - 30.08.2019


30 avqust, Fineko/abc.az. 27 sentyabrda Hyatt Konfrans Mərkəzində Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK Azərbaycan) Almaniyanın Şərq Komitəsi və Şərqi Avropa İqtisadi Birliyinin dəstəyi ilə Bakıda "Sənaye və İnfrastrukturun Modernləşdirilməsi" mövzusuna həsr olunmuş Alman-Azərbaycan Biznes Forumunu təşkil edəcək.

Bu il forumun əsas mövzuları maliyyə və biznes mühiti, nəqliyyat və infrastruktur, və kənd təsərrüfatı və qida sənayesidir. Tədbirin əsas məqsədi Alman və Azərbaycan şirkətlərini biznes platforması ilə təmin etmək, onların yeni işgüzar əməkdaşlıq üçün mövcud imkanları müzakirə etməsi və öz layihə və təkliflərini təqdim etməsinə şərait yaratmaqdır.

Forumda iştirak ödənişsizdir. Tədbir İngilis dilində keçiriləcək və Azərbaycan dilinə sinxron tərcümə olunacaq.

Forum ilə bağlı əlaqələndirici şəxs

Aynur Nəsibova

E-mail: [email protected]

Tel: +99412 497 63 06/07

 

Bütün xəbərlər