AZPROMO sahibkarları sərgiyə dəvət edir

10:16 - 2.09.2019


2 sentyabr, Fineko/abc.az. Cari ilin oktyabrın 2-4-də Kiyev şəhərində “Ukrayna - UİTM 2019” 26-cı Beynəlxalq turizm sərgisi keçiriləcək.

Bu barədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) məlumat verib.

AZPROMO azərbaycanda fəaliyyət göstərən sahibkarlar və iş adamlarını sərgidə iştiraka dəvət edir.

 

Bütün xəbərlər