Bank BTB Mikrokreditlər üzrə əməkdaşları işə dəvət edir

14:35 - 2.09.2019


2 sentyabr, Fineko/abc.az. Bank BTB Kredit departamentinə Bakı, Sumqayıt və Gəncə şəhərində yerləşən Filiallarının Mikrokreditlər şöbəsinə ali təhsil müəssisələrini yeni bitirmiş və ya bu sahədə təcrübəsi olan, istedadlı, inkişaf yönümlü və komandamıza güc qata biləcək namizədləri “Mikrokreditlər şöbəsinin kiçik mütəxəssis/mütəxəssis/aparıcı mütəxəssis” vakansiyaları üzrə işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir.

Namizədlərə olan tələblər:

  • Ali təhsil (iqtisadi, riyazi);
  • Ünsiyyət qurma bacarığı;
  • Analitik qabiliyyət;
  • Nəticəyə yönümlülük;
  • Komandada işləmək bacarığı;

Sizə nə təklif edirik?

  • Öz bilik və bacarıqlarınızı nümayiş etdirmək üçün şəffaf seçim prosesi;
  • Əlverişli iş mühitində çalışmaq imkanı.
  • Uğurlu karyera üçün Sizə lazım olacaq professional bacarıqlarınızı inkişaf etdirmək imkanı;
  • Karyera və inkişaf perspektivləri;
  • Öyrənmə və öyrəndiklərinizi tətbiq etmək imkanları;
  • Bank BTB-nin peşəkar komandasının bir üzvü olmaq imkanı;

 

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini (azərbaycan dilində) [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Mikrokreditlər şöbəsinin  kiçik mütəxəssis/mütəxəssis/aparıcı mütəxəssis) göstərməyiniz xahiş olunur.

Bütün xəbərlər