Mərkəzi Bank sığortaçı axtarır

10:32 - 3.09.2019


3 sentyabr, Fineko/abc.az. Azərbaycan Respublikasının Mərkəzi Bankı əməkdaşlarının tibbi sığortalanması üzrə tender elan edir.

Elan etender.gov.az saytında qeyd olunub. Elana əsasən tender proseduru 2 oktyabr 2019-cu il tarixdə saat 12:00-da Dövlət satınalmalarının vahid internet portalında (etender.gov.az) keçiriləcək.

Maraqlanan şəxslər tenderdə iştirak etmək üçün portal vasitəsilə elektron elanla tanış ola və 300 manat məbləğində iştirak haqqı ödəməklə iddiaçı qismində qeydiyyatdan keçərək tenderin əsas şərtlər toplusunu əldə edə bilərlər.

 

Bütün xəbərlər