Ufa şəhərində kiçik biznes üzrə Forum keçiriləcək

12:17 - 3.09.2019


3 sentyabr, Fineko/abc.az. Sentyabr 26–27-də Rusiya Federasiyasının Ufa şəhərində Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) və BRİCS (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika) ölkələrinin kiçik biznes üzrə 5-ci Forumu keçiriləcək.

Bu barədə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi məlumat verir.

Bildirilir ki, tədbir çərçivəsində kiçik biznesin inkişafı mövzusunda plenar iclas, işgüzar dairələrin nümayəndələri arasında görüşlər, turizm, innovasiyalar, logistika sahələrində əməkdaşlıq imkanlarının müzakirəsi planlaşdırılır.

Forumda iştirak etməkdə maraqlı olanlara ətraflı məlumat üçün telefon: (+994 12) 404-04-01, əlaqələndirici şəxs Firuzə Qardaşxanova, e-mail: [email protected]) və tədbirin Ufa şəhəri üzrə əlaqələndiricisinə müraciət edə bilərlər (telefon: +7(347) 276-30-36, e-mail: [email protected] , sayt: http://sco-brics.ru/ru).

 

Bütün xəbərlər