“Standard İnsurance” vətəndaşa ödəniş etməkdən boyun qaçırır

16:30 - 5.09.2019


5 sentyabr, Fineko/abc.az. Avtomobili yüngül xəsarət alan vətəndaş “Standard İnsurance”-dən şikayət edir.

Abc.az xəbər verir ki, bu barədə məlumatı sığorta üzrə ekspert İlkin İbrahimli qeyd edib.

Şikayətin səbəbini qeyd edən ekspert bildirib ki, narazı sürücünün avtomobilini vuran şəxs maşınını “Standard İnsurance”-da sığortalatdırıb. Avtomobili vurulan şəxs dəyən zərərin qarşılanması üçün bütün sənədləri toplayıb “Standard İnsurance”-ə göndərsə də, 10 gündür ki, hələ də probleminin həll olunmadığını vurğulayıb. İ.İbrahimlinin sözlərinə görə, narazı vətəndaş qeyd edib ki, hər dəfə problemlə bağlı “Standard İnsurance”-a zəng etsə də, telefonu qaldıran işçilər ona kömək etməkdən boyun qaçırırlar.

Müəllif: Elmir Murad

 


Bütün xəbərlər