Sahibkarlara “Maliyyə hesabatları və təhlili” mövzusunda təlim keçiriləcək

11:26 - 6.09.2019


6 sentyabr, Fineko/abc.az.  Sentyabrın 12-də Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) mikro, kiçik və orta sahibkarlıq subyektlərinin maliyyə savadlılığının artırılması məqsədilə “Maliyyə hesabatları və təhlili” mövzusunda təlim keçirəcək.

Bu barədə KOBİA məlumat verir.

Tədbir çərçivəsində Azərbaycanın Professional Maliyyə Menecerləri Assosiasiyası (APFM) tərəfindən mövzu üzrə təqdimat keçiriləcək, sahibkarları maraqlandıran suallar cavablandırılacaq.

Təlimdə iştirak üçün müvafiq məlumatları mövzu yerinə “Maliyyə hesabatları və təhlili” təlimi yazmaqla agentliyin “[email protected]” e-mail ünvanına göndərmələri xahiş olunur.

 

Bütün xəbərlər