Forma 4-ün elektronlaşdırılması niyə gecikir?

11:45 - 6.09.2019


6 sentyabr, Fineko/abc.az. Bir müddət əvvəl avtomobillərin qəzası zamanı Dövlət Yol Polisi tərəfindən təqdim edilən forma 4-ün elektron formada təqdim ediləcəyi barədə məlumatlar verilmişdi. Buna baxmayaraq hələ də forma 4-ün tam avtomatlaşdırılması həyata keçirilməyib.

Sözügedən msələnin səbəbini soruşmaq üçün sığorta sektoru üzrə ekspert İlkin İbrahimliyə müraciət etdik. Ekspert məsələ ilə bağlı ABC.AZ-a açıqlamasında qeyd etdi ki, əslində forma 4-lə bağll belə səs küylər bir neçə ildir ki, davam edir. Lakin hələlik bu irəliləmə sadəcə sözdən ibarətdir: “Bu prosesin irəli getməsini sığorta ekspertləri də maraqla gözləyir. Buna baxmayaraq hələlik bu məsələ ilə bağlı heç bir irəliləyiş nəzərə çarpmır. Ümid edirəm ki, polis orqanlarında gedən proqreslər forma 4-lə bağlı məsələnin də həllinə gətirib çıxaracaq”.

Müəllif: Elmir Murad

 

 

Bütün xəbərlər