Yeni işçi götürən sahibkarlara subsidiya veriləcək

11:00 - 10.09.2019


10 sentyabr, Fineko/abc.az.  Azərbaycanda “Gənclərin layiqli məşğulluq imkanlarının genişləndirilməsi” layihəsi çərçivəsində 12 aylıq subsidiya proqramına start verilir.

Azərbaycan Sahibkarlar Konfederasiyasından verilən məlumata görə, proqram iş təcrübəsi olmayan gənclərin məşğulluğunun artırılması, onların əmək bazarında layiqli yer tutmaları məqsədi daşıyır.

Bakının 12 rayonunu əhatə edəcək layihəyə əsasən işəgötürənlər  və Beynəlxalq Əmək Təşkilatı arasında subsidiya müqaviləsi bağlanılacaq. Bunun əsasında işə götürülən hər bir gəncin  12 ay ərzində əmək haqqının 50 faizi (vergilər və sosial sığorta haqları daxil olmaqla)  işə götürənlərə subsidiya şəklində veriləcək.

Proqramın sonunda hər rayon üzrə 4 nəfər olmaqla cəmi 48 nəfər işsiz və iş axtaran vətəndaş rəsmi əmək fəaliyyətinə cəlb ediləcək.

Subsidiya proqramına qoşulmaq və proqramın şərtləri barədə ətraflı məlumat üçün aşağıda göstərilən linkdəki keçidə etmək olar:  http://bit.ly/2lLPpNA

 

Bütün xəbərlər