Bakı Nəqliyyat Agentliyinə sığorta xidmətləri göstərəcək şirkət axtarılır

11:42 - 11.09.2019


11 sentyabr, Fineko/abc.az. Bakı Nəqliyyat Agentliyi sığorta xidmətləri göstərəcək şirkət axtarır.

Abc.az xəbər verir ki, Agentlik artıq bununla bağlı tender də elan edib. Tender bir neçə lot üzrə aparılır.

•             Lot 1: Yeni Daşınmaz Əmlakın İcbari sığortası. Tenderdə iştirak haqqı: 300 AZN.

•             Lot 2: Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətinin icbari sığortası. Tenderdə iştirak haqqı: 10 AZN.

•             Lot 3: Əmlakın (mebel, texnika və avadanlıq) yanğın və digər əlavə risklərdən könüllü sığortası. Tenderdə iştirak haqqı: 220 AZN.

•             Lot 4: Üçüncü şəxslər qarşısında mülki məsuliyyətin sığortası. Tenderdə iştirak haqqı: 50 AZN.

•             Lot 5: Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin könüllü sığortası. Tenderdə iştirak haqqı: 140 AZN.

•             Lot 6: Avtonəqliyyat vasitələrinin (avtobuslarının) sahiblərinin mülki məsulliyyətinin icbarı sığortasından artıq olan hissəsi üçün avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin könüllü sığortası. Tenderdə iştirak haqqı: 75 AZN.

•             Lot 7: Avtonəqliyyat vasitəsinə dəymiş zərərin könüllü (Avtokasko) sığortası. Tenderdə iştirak haqqı: 850 AZN.

Elanda qeyd olunur ki, iddiaçılar tenderdə iştirak etmək üçün sənədləri  09.10.2019 12:00 tarixinə qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 18.10.2019 12:00 qədər təqdim etməlidirlər. Tender təklifi və bank təminatını möhürlənmiş ikiqat zərfdə təqdim etməlidirlər.

Əlaqələndirici şəxs : Vüsal Kərimli. Telefon : 404-41-20 (daxili 2266). Ünvan: Bakı , Ziya Bünyadov 111.

 

Bütün xəbərlər