Kanadanın Azərbaycandakı məşhur şirkəti bağlandı

10:14 - 16.09.2019


16 sentyabr, Fineko/abc.az. Azərbaycanda fəaliyyət göstərən Kanadanın məşhur şirkəti fəaliyyətini dayandırıb.

Abc.az xəbər verir ki, bu barədə elan “Vergilər” qəzetində yer alıb. Elanda Modern Surveying and Engineering Services şirkətinin ləğv olunduğu və kreditorların iki ay ərzində tələblərini AZ1123 Bakı, Xətai rayonu, Xudu Məmmədov küçəsi, ev 41, mənzil 107 ünvanına bildirə biləcəkləri qeyd olunduub.

Qeyd edək ki, sözügedən şirkət 2012-ci ildə Kandada yaradılıb. Şirkət kadastr-geodeziya, dağ-mədən işləri, mühəndislik tədqiqatı, hidroqrafik tədqiqat, torpağın qeydiyyatı xidmətlərini göstərir.

Müəllif: Elmir Murad

 

 

Bütün xəbərlər