“Atəşgah” sığorta şirkətindən Palataya Şikayət

16:13 - 19.09.2019


19 sentyabr, Fineko/abc.az. Sığorta şirkətləri ilə bağlı şikayət və narazılıqlar bitmək bilmir. Bu dəfə ki, şikayət isə “Atəşgah” sığorta şirkətindəndir.

ABC.AZ saytına daxil olan şikayətə görə, bu il iyulun 30-da tarixində “Atəşgah” şirkətində sığorta olunan “Mercedes” markalı 90-ET-110 dövlət qeydiyyat nömrəli avtomobil yol nəqliyyat hadisəsi nəticəsində Aydın Saleh oğlu Quliyevin idarə etdiyi “Mercedes” markalı 20-DN-520 nömrə nişanlı maşınla toqquşub. Adıçəkilən sığorta şirkəti dəymiş ziyana görə, vətəndaşa 2500 manat məbləğində vəsait ödəyəcəyini bildirib. Zərərçəkmiş A.Quliyev sonradan maşına çəkilən xərcin artdığını görüb və məsələ ilə bağlı yenidən sığorta şirkətinə müraciət edib. Əvvəlcə şirkət iddianı qəbul etməsə də, sonradan müstəqil ekspertin təyin olunması məsələsi həllini tapıb. Tərəflər şirkət tərəfindən Əhməd Talıblı adlı müstəqil ekspertin təyin edilməsinə razılaşıblar. Adıçəkilən ekspert isə öz növbəsində maşına baxş keçirsə də, “Atəşgah” şirkəti  ekspertin çıxardığı zərər aktının surətini vətəndaşa təqdim etməkdən boyun qaçırıb. Zərərçəkmiş A.Quliyev isə bu dəfə məsələ ilə bağlı Maliyyə Bazarlarına Nəzarət Palatasına müraciət ünvanlayıb. Buna baxmayaraq şikayətlə bağlı zərərçəkmişin problem həllini tapmamış qalır.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər