“Azsığorta ASC” dəymiş ziyanı 511.81 AZN hesablayıb 11.81 qəpik təklif etdi

10:38 - 23.09.2019


23 sentyabr, Fineko/abc.az.  “Azsığorta ASC” ilə bağlı daha bir şikayət var. Bu dəfəki narazılıq avtomobil qəzası yox, miqyası daha böyük olan daşınmaz əmlakın sığorta pulunun ödənilməməsi barədədir.

Bu barədə məlumatı ABC.AZ saytına sığorta üzrə ekspert İlkin İbrahimov verib.

Şikayətdə qeyd olunur ki, 15.11.2017 ci il tarixində Füzuli rayonunda baş vermiş zəlzələ nəticəsində Əliyev Sehrman adlı şəxsin Kərimbəyli kəndində olan mağazasına ciddi ziyan dəyib. Hadisədən əvvəl mağaza 44228 manat məbləğində ““Azsığorta ASC”  şirkətində sığortalanıb. Zəlzələdən sonra mağaza sahibi adıçəkilən şirkətə müraciət edib və S. Əliyevin əmlakı qiymətləndirilərək dəyən ziyanın 511.81 olduğu müəyyənləşib.  Ən maraqlı və hətta sığorta aləmində indiyənə qədər görünməmiş hadisə bu zaman baş verib. Belə ki, “Azsığorta ASC” tərəfindən vətəndaşa ödənməli olan 511.81 qəpikdən 500 manat azadolma çıxılaraq, mağaza sahibinə nə az, nə çox 11.81 qəpik verəcəklərini bildiriblər.  Haqlı olaraq  “Azsığorta ASC”-nın təklif etdiyi vəsaitlə razılaymayan S. Əliyev şirkəti məhkəməyə verməyi düşünür.

 

Müəllif: Elmir Murad


 

Bütün xəbərlər