Vüsal Qasımlıdan əmanətlərin sığortalanması barədə Açıqlama

16:40 - 23.09.2019


23 sentyabr, Fineko/abc.az. Cənab prezidentin əmanətlərin tam sığortalanması ilə bağlı qərarı çox böyük və inqilabi qəqr idi.

ABC.AZ xəbər verir ki, bunu bu gün keçirilən seminarda İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bəyan edib.

 Onun sözlərinə görə, sözügedən qərar maliyyə bank sektorunun inkişafına hesablanmış addım idi: “Amma bildiyiniz kimi Azərbaycanda vergi, gömrük islahatı da aparılır. Kölgə iqtisadiyyatının miqyasının kiçildilməsi işləri həyata keçirilir. Ticarətdə nağdsız əməliyyatların aparılmasına çalışılır. Nağdsız iqtisadiyyat nə qədər böyüyürsə bütövlükdə iqtisadiyyatda da çox ciddi şəffaflıq yaranmış olar. Xüsusi olaraq bu günki seminarda Azərbaycanda Əmanətlərin Sığortalanması Fondu  və Dünya Bankı ilə fikir mübadiləsi olacaq. Biz Dünya Bankı dünyanın qabaqcıl standartlarını Azərbaycana necə gətirmək olar mövzusunda müzakirələr aparacağıq”. 

 

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər