AZPROMO sahibkarları hərracda iştirak etməyə dəvət edir

15:53 - 25.09.2019


25 sentyabr, Fineko/abc.az. Qırğızıstanın “Şərq” əhəngdaşı mədəni yatağından istifadə edilməsi hüququnun əldə olunması üçün lisenziyanın alınması ilə bağlı hərrac keçiriləcək.

Bu barədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) məlumat verib.

AZPROMO azərbaycanda fəaliyyət göstərən iş adamları və sahibkarları hərracda iştirak etməyə dəvət edir. Qeyd olunur ki, ətraflı məlumat üçün AZPROMO-ya müraciət etmək olar.

Bütün xəbərlər