Bakıda Azərbaycan, Türkiyə və Avstriya dəmiryolçularının görüşü keçirilib

16:51 - 13.12.2017


13 dekabr, Fineko/abc.az. “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov “Avstriya Dəmir Yolları” Karqo Səhmdar Cəmiyyəti İdarə Heyətinin üzvü Erik Regter və Türkiyənin Dəmir Yolunun yük daşımaları üzrə  baş direktoru Veysi Kurtla görüşüb.

“Azərbaycan Dəmir Yolları” (ADY) QSC-nin məlumatında deyilir ki,  Azərbaycan, Türkiyə və Avstriyanın dəmiryol idarələri rəqabətədavamlı, yüksək tezlikli, intermodal dəmir yolu şəbəkəsinin  inkişaf etdirilməsi haqqında razılığa gəldilər.

“Görüş əsnasında tərəflər  qarşılıqlı əməkdaşlığın inkişafına dair müzakirələr apardı, Anlaşma Memorandumu imzaladılar”, - məlumatda belə deyilir.

ADY-nın məlumatına əsasən, Memorandum,  Avropa ilə Çin, həmçinin MDB ölkələri arasında rəqabətədavamlı, yüksək tezlikli, intermodal dəmir yolu şəbəkəsini  inkişaf etdirməyi nəzərdə tutur.