Səkkiz ayda icbari sığorta bazarı üzrə haqlar nə qədər olub ? – Palatadan Açıqlama

10:16 - 30.09.2019


30 sentyabr, Fineko/abc.az. 2019-cu ilin yanvar-avqust aylarında ölkədə fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən 469.8 mln. manat məbləğində sığorta haqqı toplanıb, 175.5 mln. manat məbləğində sığorta ödənişi həyata keçirilib.

ABC.AZ xəbər verir ki, sözügedən statistika Maliyyə Bazarlarına Nəzarət Palatasının açıqladığı 2019-cu ilin yanvar-avqust ayları üzrə sığorta bazarının göstəricilərində qeyd olunub.

Belə ki, könüllü sığorta bazarı üzrə haqlar 315.6 mln. manat, ödənişlər isə 124.1 mln. manat təşkil edib. İcbari sığorta bazarı üzrə haqlar 154.2 mln. manat, ödənişlər isə 51.4 mln. manat olub.

2019-cu ilin yanvar-avqust aylarında sektor üzrə məcmu sığorta haqlarının 67.2%-i könüllü, 32.8%-i isə icbari sığorta növlərinin payına düşüb. Sığorta ödənişlərinin 70.7%-i könüllü, 29.3%-i icbari sığorta növləri hesabına formalaşıb.

 

Müəllif: Elmir Murad

Bütün xəbərlər