Yaşam sığortasının ödənişlərində azalma olub – Hesabat

10:45 - 30.09.2019


30 sentyabr, Fineko/abc.az. Keçən ilin analoji dövrü ilə müqayisədə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə ödənişlərdə 8.9 mln. manat, hava nəqliyyatı vasitələrinin sığortası üzrə 5.4 mln. manat, avtonəqliyyat vasitələrinin sığortası üzrə 2 mln. manat artım olub.

 ABC.Az xəbər verir ki, bu statistika Maliyyə Bazarlarına Nəzarət Palatasının 2019-cu ilin yanvar-avqust ayları üzrə sığorta bazarının göstəriciləri ilə bağlı açıqladığı hesabatda qeyd olunub.

Hesabatda bildirilir ki, azalma isə tibbi sığorta (2.2 mln. manat) və yaşam sığortası (5 mln. manat) üzrə olub. Sözügedən növlər üzrə ödənişlər müvafiq dövr ərzində hadisənin baş vermə intensivliyindən asılı olaraq dəyişib.

 

 

Müəllif: Elmir Murad

Bütün xəbərlər